Biz nə edirik

Miqrasiya Xidmətləri

Miqrasiya Paychi Group

Miqrasiya Xidmətləri

Ölkəmizin iqtisadi inkişafının yüksələn dinamikasını və müxtəlif sahələr üzrə xarici investorların artan marağını nəzərə alaraq sizlərə miqrasiya sahəsində aşağıdakı xidmətləri göstərməkdən məmnunluq duyuruq:

  • Müştərilərə bütün miqrasiya məsələlərinə dair konsultasiya verilməsi; 
  • Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması
  • Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaxud daimi yaşamaq üçün müraciətin olunması
  • əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazələrinin (vəsiqələrinin) müddətlərinin uzadılması;
  • Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları (iş icazəsi) ilə bağlı hüquqi yardım.
  • Qeyri-rezident şəxslərin Azərbaycan Respublikası vətəndaşı statusunu alması üçün qanunvericiliyin tələblərinin izah olunması və zəruri sənədlərin hazırlanması;
  • Miqrasiya üzrə mübahisələrin qanunvericiliyin tələbləri əsasında həlli yolunda müştərinin hüquq və mənafelərinin müvafiq orqanlarda müdafiəsi üçün hüquqi müşayiət olunması
  • Miqrasiya ilə bağlı digər bütün hüquqi məsələlər