Biz nə edirik

Kadr Uçotu

Кадровый учет

Kadr Uçotu

Şirkətdə kadr kargüzarlığının qurulması, şirkətin iş spesifikası nəzərə alınmaqla  düzgün sənədlər paketinin işlənib hazırlanması və rəsmiləşdirilməsindən ibarətdir. Müəssisələrdə kadrlarla bağlı işi aparanların və mühasiblərin bilməli və əməl etməli olduqları məsələlərdən biri də Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı yoxlamalar və nəzarət tədbirləri ilə bağlıdır.

PAYCHI GROUP şikəti, Kadr Uçotun qurulmasını Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə riayət etməklə icra edir:

  • Kadr uçotunun AR qanunvericiliyə uyğun təşkili;
  • Əmək müqaviləsinin bağlanması, xitam verilməsi və elektron sistemdə qeydiyyatı;
  • İşçilərin işə qəbulu və işdən azad edilməsi ilə bağlı sənədləşmələr;
  • Kadr fəaliyyətinin təhlili və proqnozlaşdırılması;
  • Əmək kitabçalarının açılması və qeydiyyatının aparılması;
  • Müəssisə üçün müvafiq ştat cədvəlinin hazırlanması;
  • Maddi məsuliyyət haqqında müqavilənin hazırlanması;
  • İşlərin icrasını, xəstəliyi, davranış qaydalarının pozulması siyasətini, hamiləliyə, doğuşa və uşağa qulluğa görə məzuniyyəti əhatə edən əmək qaydaları;
  • Mükafatlandırma və korporativ idarəetmə;
  • Pensiyalar, kompensasiyalar və ödənişlər;
  • Vəzifə təlimatlarının hazırlanması və tətbqinin rəsmiləşdirilməsi;
  • Sosial müdafiə və məşğulluq fondlarına sosial ayırmaların aparılması;
  • Növbəli iş rejiminə (vaxta metodu) dair qrafiklərin tərtib edilməsi;
  • Xidməti müqavilələrin hazırlanması;
  • Kadr siyasətinin inkişaf strategiyasının hazırlanması;
  • Nəzarət orqanlarının yoxlamaları zamanı müştərilərin müdafiə edilməsi;