Biz nə edirik

Hüquqi Xidmətlər

Hüquqi Xidmətlər Paychi Group

Hüquqi Xidmətlər

Bizneslərdə hüquqi proseslərin doğru aparılması və qurulmuş iş prossesinin qanunvericiliyin tələblərinə uyğun olması təsərrüfat subyektinin davamlı fəaliyyəti üçün müstəsna əhəmiyyətə malikdir. Təcrübəli komandamız sayəsində müştərilərimizin hüquq və mənafeləri müdafiə olunur, problemlərinin qısa zamanda qanunvericiliyin tələbləri əsasında həlli yolları tapılır. Şirkətimiz sizə aşağıda qeyd olunan peşəkar hüquqi xidmətlər təklif edir: 

  • Hüquqi şəxslərin (fərdi sahibkarlar) təsis edilməsi və dövlət qeydiyyatına alınması;
  • Hüquqi şəxslərin (xarici hüquqi şəxslərin), onların filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması;
  • Vergi, əmək, valyuta, gömrük, administrativ və cinayət (iqtisadi fəaliyyətlə əlaqədar) qanunvericiliyi ilə əlaqədar sualların konsultasiyası
  • Təsis sənədlərində edilmiş dəyişikliklə (qanuni təmsilçi, ünvan, təsisçilərin, nizamnamə kapitalındakı payların, hüquqi şəxsin adının və təşkilatı hüquqi formasının dəyişdirilməsi)
  • Şirkətin hüquqi auditi.
  • Müqavilələrin hazırlanması və ekspertizası;
  • Ərizələrin, şikayətlərin, xahişlərin və digər prosessual sənədlərin hazırlanması
  • Mülki-hüquqi, vergi və administrativ məsələlər üzrə məhkəmə işlərinin aparılmasında yardım;
  • Müştərinin işgüzar fəaliyyətində cari məsələlərlə əlaqədar normativ-hüquqi aktların tələblərinə dair şifahi və yazılı rəylərin verilməsi;
  • Müştərinin perspektiv planlarının, yeni layihələrin hazırlanması və müqavilələrin bağlanmasında hüquqi müşayiət edilmə (şifahi məsləhətlər və yazılı rəylərin verilməsi);
  • Gömrük ilə olan münasibətlərdə hüquqi dəstək vermək, idxal və ixrac proseduru ilə əlaqədar hüquqi məsləhət və təmsilçilik xidmətləri;
  • Şirkət fəaliyyəti ilə əlaqədar bütün növ hüquqi məsləhət və xidmətlər;