Biz nə edirik

Maliyyə və Mühasibat Uçotu

Финансы и учет

Maliyyə və Mühasibat Uçotu

Dəyişkən iqtisadi mühit, biznesin əsas təməl nöqtəsi olan mühasibat uçotunun düzgün aparılmasını və bütün maliyyə əməliyyatlarını fasiləsiz olaraq izləməyi tələb edən uçot sistemini qurulması zərurətini yaradır. Düzgün qurulmuş mühasibat uçotu sizin biznes risklərinizin qarşısını almaqla bərabər, dövlət nəzarət orqanlarının da şirkətə qarşı hər hansı iddia qaldırmasını önləyəcək, bu da öz növbəsində sizə, fokusunuzu işinizə yönəltməyə, biznesinizin “real” şəklini daha aydın görməyə və bütün cari məsələləri effektiv şəkildə həll etməyə imkan yaradacaqdır.

Bu xidmətləri təqdim edərkən, biz müştərilərimizin əsl ehtiyaclarını başa düşərək, onlara düzgün həllər təqdim etməklə, uğurlarında “payçı” olmağa davam edəcəyik.

Paychı Group-un  xidmətlərindən istifadə etməklə siz:

  • Ştatlı mühasib üçün çəkilən xərclərinizi azaldacaq;
  • Mühasibat proqramlarına və digər inzibati xərclərə qənaət edəcək;
  • Yüksək ixtisaslaşmış mütəxəssislərin xidmətindən istifadə edəcək;
  • Xəstəliksiz, məzuniyyətsiz 24/7 xidmət alacaq;
  • Maliyyə xərcləri və vergilərin optimallaşdırılması ilə bağlı peşəkar konsultasiyalar alacaqsınız.

 

Məxfilik, məsuliyyət və innovativlik dəyərləri əsasında çalışan şirkətimiz geniş spektrdə maliyyə-mühasibatlıq xidmətlərini təklif edir:

  • Yerli və beynəlxalq standartlar əsasında mühasibat uçotunun təşkili;
  • Mühasibat və idarəetmə uçotu ilə bağlı çatışmazlıqların müəyyən edilməsi, habelə müvafiq konsultasiyanın verilməsi;
  • Gündəlik əməliyyatların (invoysların, elektron qaimə fakturaların, ödəniş tapşırıqlarının) hazırlanması;
  • İstənilən növ (aylıq, rüblük, illik) maliyyə hesabatlarının hazırlanması;  
  • Hazırlanmış hesabatların vergi, büdcədənkənar fondlar və digər müvafiq orqanlara təqdim edilməsi;
  • Bank və kassa əməliyyatlarının icra edilməsi;
  • Debitor və kreditor borcunun analizi və inventarizasiyası;
  • Müəssisənin əsas vəsaitlərinin və mal qalığının inventarizasiyası;
  • Mühasibat uçotu fəaliyyətinin və vergi hesabatlığının optimallaşdırılması məqsədilə təkliflərin hazırlanması və tətbiqinin hüquqi müşayiət edilməsi;
  • Vergi planlaşdırması və optimallaşdırılması;
  • Kadr uçotunun hazırlanması və tətbiqi;