Biz nə edirik

Audit Xidmətləri

Audit Paychi Group

Audit Xidmətləri

Audit yoxlaması biznesinizdə olan problemləri, saxtakarlıqları müəyyən etmək, etibarlı investisiya mühiti yaratmaq, daha dəqiq proqnozlaşdırma və büdcə planlaması imkanı verən,  mühasibat uçotunun dəqiq və dürüst aparılmasının müstəqil yoxlanılmasıdır.

Daxili audit – müəssisə və təşkilatın fəaliyyətinin inkişafına yönəldilmiş risklərin idarə edilməsi, nəzarət və idarəetmənin vəziyyətinin qiymətləndirilməsinə sistemli yanaşmaqla, təşkilata öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv və məsləhətverici fəaliyyətdir.

  • Maliyyə-təsərrüfat əməliyyatlarının (mühasibatlıq, vergi və s.)  qanunvericiliyə uyğunluğunun yoxlanılması
  • Maliyyə hesabatlarının nəzərdən keçirilməsi və auditi
  • Daxili audit yoxlamasının yekun nəticələri əsasında düzgün, keyfiyyətli və effektiv tərzdə daxili audit hesabatının tərtib edilməsi
  • Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunmasının təmin edilməsi və audit sübutlarının sənədləşdirilməsi;
  • Daxili nəzarət və risklərin idarə olunması sistemlərinin qiymətləndirilməsi barədə hesabat